"Barselona"da azərkeşlər ixtişaş törətdi

"Atletiko”, “Valensiya” və “Sabadel”in bir qrup azarkeşi Barselonada ixtişaş törədib.

Newsport.az xəbər verir ki, oktyabrın 12-də İspaniyanın milli günü qeyd olunub. Həmin gün İspaniyanın ərazi bütövlüyünü dəstəkləmək üçün bütün ölkədə dinc yürüşlər keçirilib.

Yürüş zamanı sağ təmayüllü fanatlar kafelərdən birində ixtişaş törədiblər. Onlar stol və stulları sınıdırıblar. Polis heç kimi saxlamasa da, ixtişaşda iştirak edən bir neçə nəfərin şəxsiyyətini müəyyənləşdirib.

İspaniyada keçirilən dinc yürüşlərdə 65 min insanın iştirak etdiyi bildirilir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz