Daha bir milli komanda baş məşqçisiz qaldı

Futbol üzrə Şotlandiya millisi baş məşqçisiz qalıb.

Newsport.az xəbər verir ki, 2013-cü ildən sözügedən ölkə yığmasını çalışdıran Qordon Strakan istefaya göndərilib. Şotlandiya Futbol Federasiyasının rəhbərliyi ilə görüşən 60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İstefaya Şotlandiya yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində uğur qazana bilməməsi səbəb göstərilir. Britaniya təmsilçisi lider İngiltərə və ikinci yeri tutmaqla pley-offa vəsiqə qazanan Slovakiyadan geri qalmaqla qrup üçüncüsü olub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right