"Con Toşakdan Beyl açıqlaması

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak “Real”ın oyunçusu Qaret Beylin tez-tez zədələnməsi barədə fikir bildirib.

 

Newsport.az xəbər verir ki, mütəxəssis bunu Beylin oynadığı mövqe ilə əlaqələndirib.

 

Uesli mütəxəssis onun tez-tez zədələnməsinin əsas səbəbi kimi sağ cinahda oynamasını göstərib: “Yadımdadı, Beyllə ötürmə verərkən pəncəsinin xaric tərəfindən yararlandığı barədə çox söhbət etmişəm. Qaret həmişə sol tərəfdən yararlanan futbolçu olub. İndi isə sağ tərəfdə oynayır.

 

Qaret Beyl sol müdafiəçi olub və solda da oynayıb. Heç vaxt görməmişəm ki, Maldini və ya Roberto Karlos sağ cinahda oynasın. Ola bilsin ki, Beylin tez-tez zədələnməsinin səbəbi məhz budu”.

 

Qeyd edək ki, Toşak 2013-cü ildə ölkəmizdə də çalışıb. O, “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

 

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz