"Qarabağ"ın rəqibində ciddi itki

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma"nın futbolçusu Stefan El-Şaaravi sıradan çıxıb.

Newsport.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, DÇ-2018-in seçmə mərhələsində Albaniyaya qarşı matçda zədə alan İtaliya millisinin hücumçusunun 2 oyun buraxacağı dəqiqləşib. Onun A seriyasında "Napoli" ilə görüşü və Çempionlar Liqasında "Çelsi" ilə qarşılaşmada oynamayacağı bildirilib

Qeyd edək ki, El-Şaaravi bu mövsüm 8 oyunda 2 qol vurub, 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right