“Tottenhem”in futbolçusu 1 il sonra qayıtdı

“Tottenhem”in uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Erik Lamela nəhayət məşqlərə başlayıb.
 

Newsport.az-ın məlumatına görə, keçən ilin oktyabrında budundan zədə alan 25 yaşlı yarımmüdafiəçi bu ilin mart ayında əməliyyat olunmuşdu.

Lamelanın noyabrda tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, argentinalı futbolçu 2013-cü ildən London klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right