İsrafilovun oynadığı matçda komandası qalib gəldi

İspaniya sequndasında 8-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Ximnastik” “Qranada”nı qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Eddi İsrafilov matçın 69-cu dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, aktivində 8 xalı olan “Ximnastik” 20-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right