Millinin baş məşqçisi istefa verdi

Çili yığmasının baş məşqçisi Xuan Antonyo Pizzi istefa verib.

Newsport.az xəbər verir ki, buna səbəb millinin Braziliyaya məğlub olaraq DÇ-2018-ə yollana bilməməsidi.

 

Mütəxəssis seçmə mərhələnin sonunda müqaviləsinin başa çatmasını gözləmədən bu addımı atıb: “İşimə davam etməyim söhbət mövzusu belə ola bilməz. Federasiya ilə heç bir danışıq aparmayacam”.

 

Qeyd edək ki, Çilil sonuncu dəfə 2006-cı ildə DÇ-də iştirak edə bilməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right