Robben də getdi “Şüşə adam” çox gözləməli oldu

Aryen Robben Hollandiya yığmasındakı karyerasını bitirdiyini elan edib.

Newsport.az xəbər verir ki, Robben DÇ-2018-in seçmə mərhələsində İsveçlə keçirilən oyundan (2:0) sonra qərarını açıqlayıb. O, bu qarşılaşmada dubl edib. Robben qərarını belə izah edib:

“Mən nəyə qadir olduğumu sübut etmək istəyirdim. Hollandiya yığmasının heyətində bütün oyunlara məhz belə əhval-ruhiyyədə çıxmışam.

Getmək qərarı? Bu barədə çox düşünmüşəm. Hətta bunu daha əvvəl etmək istəyirdim, ancaq sonradan seçmə mərhələnin başa çatmasını gözlədim. “Şüşə adam” çox gözləməli oldu”.

Robbeni hələ “Bavariya”ya keçməzdən əvvəl, çox zədələndiyinə görə “şüşə adam” adlandırmışdılar.

O, Hollandiya yığmasında 2003-cü ildə debüt edib, 96 oyun keçirib, 37 qol vurub

Aryen Robben Hollandiya yığmasındakı karyerasını bitirdiyini elan edib.

O, Hollandiya yığmasında 2003-cü ildə debüt edib, 96 oyun keçirib, 37 qol vurub





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right