Türkiyə millisində Luçesku dövrü erkən bitir

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən yığma komandanın baş məşqçisi Mirça Luçesku komandadan göndərmək qərarına gəlib.

Newsport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, ruminiyalı baş məşqçi ilə noyabr ayında yolların ayrılacağı bildirilir. 

Həmçinin, federasiya 72 yaşlı mütəxəssisin yerinə Türkiyə milli komandasının baş məşqçilik postuna hazırda “Başakşəhər”in çalışdırıcı olan Abdullah Avcının gətirmək istədiyi qeyd edilir.

Xatırladaq ki, Luçeskuyla avqustun 4-də 2.5 milyon avro qarşılığında 2+1 illik müqavilə imzalanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right