“Fənərbaxça”lı futbolçu millinin heyətindən çıxarıldı

Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça”nın yayda rənglərinə bağladığı Luiş Neto Portuqaliya millsinin heyətindən çıxarıldı.

Newsport.az-ın məlumatına görə, Portuqaliya yığmasının baş məşqçi Fernando Santos DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveçrəyə qarşı keçiriləcək kritik matç üçün hazırladığı 23 nəfərlik heyətə Luiş Netodan başqa Bruno Fernandesi də daxil etməyib.

Xatırladaq ki, sonuncu dəfə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Andorraya qarşı keçirilən matça 29 yaşlı Neto start heyətində meydana çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right