Rauf Əliyev: “Azərbaycana dekabrda qayıdacağam”

Azərbaycan milli komandasının sabiq üzvü Rauf Əliyevin karyerasını Albaniyanın “Kukesi” klubunda davam etdirdiyindən xəbərdarsınız. “İnter”dən problemi şəkildə ayrılan Rauf hazırda “Kukesi” klubunda özünü xoşbəxt hiss edir:

“Məşq edirik, qarşıda çempionat oyunumuz var. Çempionat yeni başlayıb və biz liderlər qrupundayıq. Sözsüz ki, hələ yarışa yeni start verilib. Nəyin necə olacağını gələcəkdə görəcəyik. Klubun yaxşı potensialı var.  Maliyyə baxımından hər hansı problemimiz yoxdu, maaşları vaxtında alırıq. Demək olar ki, komandaya tam uyğunlaşmışam. Azərbaycana yəqin ki, dekabrda qış fasiləsi yaranan vaxt qayıdacağam. İndi bütün diqqətimi futbola yönəltmişəm”. 

Qeyd edək ki, Rauf Əliyev Azərbaycanda əksər iddialı klubların formasını geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right