Klublararası dünya çempionatının püşkü atıldı FOTOLAR

6-16 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən mərasimdə turnirin oyun cədvəli müəyyənləşib.

Turnirdə ev sahibi BƏƏ-nin son çempionu “Əl-Cəzirə” ilə yanaşı, 6 konfederasiyanın da çempionları yarışacaq.

1/8 finalda baş tutacaq “Əl-Cəzirə” (BƏƏ) – “Oklend Siti” (Yeni Zelandiya) cütünün qalibi Asiya Çempionlar Liqasının qalibi ilə qarşılaşacaq. Avropa Çempionlar Liqasının qalibi “Real Madrid” isə yarışa yarımfinaldan başlayacaq. “Kral klubu”nun rəqibi bu üç komandadan biri olacaq.

Meksikanın “Paçuka” klubu isə Afrika Çempionlar Liqasının qalibi görüşəcək. Bu cütün qalibi isə Libertadores kubokunu qazanan komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, final və gürünc medal uğrunda matç 16 dekabrda baş tutacaq.

 




 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right