“Trabzonspor”da itki

Türkiyə super Liqasında mübarizə aparan “Trabzonspor” ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Qara dəniz təmsilçisində zədəsi olan və fədakarlıq edərək zədəli halda meydana çıxan Burak Yılmaz Türkiyə - İslandiya matçında yenidən zədələnib.

Şiddətli ağrıları olan hücumçu milli komandanın düşərgəsindən ayrılıb və müalicə üçün Trabzona qayıdıb.
28 yaşlı oyunçunun həftəsonu Super Liqa çərçivəsində “Akhisarspor”a qarşı oynanılacaq qarşılaşmanı buraxmalı olacaq.

Xatırladaq ki, bu mövsüm Burak “Trabzonspor”un heyətində 6 matça 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right