Mundiala vəsiqə qazanan komandaların sayı 17-yə yüksəldi

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edən daha iki komandanın adı dəqiqləşdi.

Newsport.az-ın məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində Avropa zonasından İslandiya və Serbiya yığmaları buna nail olublar.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 17-yə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa və Misir yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right