"Qarabağ"ın rəqibində növbəti itki

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"nin futbolçusu Nqolo Kante sıradan çıxıb.

Newsport.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi millinin heyətində zədələnib.

Belə ki, Kante Fransa yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstanla keçirdiyi matçda (1:0) xəsarət alıb. Tibbi müayinədən sonra təcrübəli futbolçunun İngiltərə çempionatında “Kristal Pelas”la matçda iştirak etməyəcəyi müəyyənləşib.

Qeyd edək ki, "Çelsi"nin digər oyunçusu Alvaro Morata da hazırda zədəlidi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right