Əmrə Candan "Yuventus" açıqlaması

"Liverpul"un almaniyalı yarımmüdafiəçisi Əmrə Can açıqlama verib.

Newsport.az xəbər verir ki, ulduz futbolçu adının İtaliyanın "Yuventus" klubu ilə hallanmasına münasibət bildirib. 23 yaşlı futbolçu açıqlamasında bunları söyləyib:

"Yuventus" kimi komandanın hədəfində olmaq qürurvericidir. Ancaq əsas hədəfim "Liverpul"da qalmaqdır. Mövsümün sonuna kimi bu komandaya fikrimi cəmləmişəm".

Qeyd edək ki, Əmrə Can ötən gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya - Azərbaycan matçında (5:1) komandasının son qolunu vurmuşdu.

Əmrə 2014-cü ildən "Liverpul"da çıxış edir və mövsümün sonunda müqaviləsi başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right