“Qarabağ”la oyundan sonra hər şey dəyişəcək” - Xuanfran

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi olan “Atletiko”nun müdafiəçisi Xuanfran İspaniya mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi son vaxtlar əldə edilən uğursuz nəticələr barədə danışıb.

O, Ağdam təmsilçisi ilə qarşıdakı oyunlardə qalib gələrək, vəziyyətdən çıxacaqlarını deyib: “Düşünmürəm ki, komandamız pis vəziyyətdədi. Biz sadəcə, iki oyunda qələbə qazana bilməmişik. Ancaq bu, heç də dünyanın sonu deyil. Çempionlar Liqasında 1/8 finala adlamaq şanslarımız var. “Qarabağ”la oyunda qazanılacaq qələbə hər şeyi dəyişəcək”.

Qeyd edək ki, “Atletiko” ÇL-in qrup mərhələsində növbəti iki oyununu məhz “köhlən atlar”a qarşı keçirəcək. Bu komandalar arasında ilk oyun oktyabrın 18-də, Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right