"Zədə çıxışıma təsir etdi" - Ansi Aqolli

"Mən bir ay zədə səbəbindən oynamadım. Buna görə zədə çıxışıma təsir etdi. İtaliya millisi çox yüksək səviyyədədir, amma İspaniyada fərqlənir".

Newsport.az xəbər verir ki, bu sözləri Albaniya yığmasının futbolçusu Ansi Aqolli DÇ-2018-in seçmə mərhələsində İtaliya ilə oyun öncəsi deyib.

34 yaşlı müdafiəçi İspaniya ilə matçdan sonra baş məşqçiləri ilə birgə müxtəlif elementləri təhlil etdiklərini bildirib: “Mənə elə gəlir ki, komandamız doğru yoldadı”.

"Qarabağ"ın futbolçusu gələcəyinin milli ilə bağlı olduğunu söyləyib: "Baş məşqçimiz məni start heyətə layiq görsə, oynayacağam".

Qeyd edək ki, Albaniya - İtaliya görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right