28 il sonra DÇ-nın final mərhələsində

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək daha bir komandanın adına rəsmən aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Misir də mundiala vəsiqəni təmin edib.

Seçmə mərhələnin Afrika zonası üzrə E qrupunda Uqanda, Qana və Konqo ilə mübarizədə bütün rəqiblərini qabaqlayan misirlilər 5 tur ərzində 4 və 1 məğlubiyyət sayəsində 12 xal qazanıblar.

Ən yaxın izləyicisi Uqandanı 4 xal qabaqlayan Misir yığması qrup qalibi kimi DÇ-yə birbaşa vəsiqə əldə edib.

Qeyd edək ki, Misir yığması 28 illik fasilədən sonra DÇ-nın final mərhələsində iştirak etmək hüququ qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right