"İnter" "Bavariya"nın ulduzuna göz dikib

İtaliya A Seriyasında mübarizə aparan “İnter” transfer çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Milan təmsilçisi “Bavariya”nın futbolçusu Arturo Vidala göz dikib.

“İnter”in gələn həftənin çərşənbə günü Münhen klubuna oyunçu üçün təklif göndərəcəyi bildirilir.

Xatırladaq ki, çilili yarımmüdafiəçi 2011-2015-ci illər arasında “Yuventus” forması geyinmiş və A Seriyada 4 dəfə çempionluq yaşamışdı. “Bavariya”nın heyətində isə 30 yaşlı oyunçu 2 dəfə Bundesliqa çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right