"Azərbaycanı məğlub etməsəydik, rüsvayçılıq olardı" - Çexiya millisinin üzvü

Çexiya millisinin qapıçısı İrji Pavlenka DÇ-2018-in seçmə mərhələsinin yığmamıza qalib gəldikləri (2:1) oyun haqda danışıb.

Newsport.az xəbər verir ki, Pavlenka millimizdən gözlədiyi oyunu sərgilmədəyini vurğulayıb: “Rəqibin daha sürətli oynayacağını, təhlükələr yaradacağını gözləyirdim. Amma belə olmadı, mənim işim az oldu. Qələbəyə görə şadam. Çoxlu qol imkanları yaratdıq. Belə bir matçda qalib gəlməsəydik, rüsvayçılıq olardı”.

Pavlenka millimizin penaltidən vurduğu qol və Ramil Şeydayevin qaçırdığı qol epizodu haqda da danışıb: “Penalti epizoduna yaxın idim. Orda penalti yox idi. Şeydayevin epizoduna gəlincə, onunla aramızdakı məsafə az idi. Buna görə də zərbəni zərərsizləşdirə bildim”.

Qolkiper penalti epizodu barədə danışıb: "Hakim yanlış qərar verdi. Orada hər şey qaydalar çərçivəsində idi".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right