"Azarkeşlərin Azərbaycan millisinə verdiyi dəstək hiss olunmadı" - çexiyalı futbolçu

 

Çexiya millisi Dç-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə yığma komandamıza 2:1 hesabı ilə qalib gəlib.

Newsport.az xəbər verir ki, oyundan sonra millimizin qapısında ikinci topu keçirən 22 yaşlı yarımmüdafiəçi Antonio Barak jurnalistlərə müsahibə verib.

- Millidə 4-cü oyununda 4-cü qolunu vurdun. Bu nəticəni necə qiymətləndirirsən?

- Qələbəyə görə şadıq. Mən şanslı insanam, amma daha çox komandamızın qələbəsinə görə sevinirəm. Qol vurmaq məqsədilə oyuna çıxmıram. Milliyə faydalı oyunumla kömək etmək istəyirəm.

- Penalti epizodu barədə nə düşünürsən?

- Bu qərarın səhv verildiyi fikirindəyəm. Biz bunun penalti olmadığını düşünürdük.

- Bəs stadiondakı atmosfer barədə nə düşünürsən?

- Böyük stadionda oynadıq. Amma azarkeş az idi. Onların meydan sahiblərinə verdiyi dəstək hiss olunmadı. Atmosferin daha yaxşı olacağı kiçik bir stadionda oynamaq münasib olardı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right