Almaniya millisində növbəti itki

DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizlə qarşılaşacaq Almaniya yığması daha bir itki ilə üzləşib. 

Newsport.az-ın məlumatına görə, Toni Kross  sıradan çıxıb.

"Real"ın yarımüdafiəçisi ötən gün Şimali İraldniya ilə keçirilən oyunda zədələnib. 

Almaniya Futbol İttifaqdə 27 yaşlı futbolçunun qabırğasında ağrı olduğunu açıqlayıb. Həkimlər ona ona millimizlə oyunda iştirak etməyə icazə verməyiblər. 

Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer və müdafiəçi Benedik Hövedes də zədə səbəbindən yığmamızla oktyabrın 8-də keçiriləcək görüşü buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right