"Həmin epizodda penalti yox idi" - Çexiya millisinin kapitanı

Çexiya millisinin kapitanı Marek Suxi DÇ-2018-in seçmə mərhələsində Bakıda Azərbaycan üzərindəki qələbədən (2:1) sonra jurnalistlərə müsahibə verib. 
 
- Çox maraqlı oyun alındı. Bizim qol vurmaq üçün çox imkanımız var idi, nəinki rəqibin. Layiqli qələbə qazandıq.  
- Qapınıza təyin olunan penaltini haqlı hesab edirsən? 
- (gülür) Xeyr, orada penalti yox idi. Azərbaycan millisinin oyunçusu sadəcə, simulyasiya etdi. Təəssüf ki, baş hakim epizodu düzgün qiymətləndirmədi 
- Sizin vurduğunuz ikinci qol zamanı necə, Azərbaycan millisinin kapitanına qarşı qayda pozuntusu yox idi? 
- Orada mübarizə gedirdi. Epizoddan uzaq olduğuma görə, deyə bilmərəm, orada qayda pozuntusu var idi, yoxsa yox. Baş hakim qayda pozuntusu da qeydə ala bilərdi. Amma bu penalti qərarı kimi böyük səhv deyildi. 
- Oyundan öncə hər şeyin belə asan alınacağını düşünürdünüz?
- Xeyr. Axı Azərbaycan yaxşı komandadı. Bizim güclü olduğumuzu düşünürdüm. Amma bunu sübut etmək lazım idi. 
- Azərbaycan millisindən hansı oyunçunu xüsusi qeyd edərdin?
- Komanda futbol oynamağa çalışır. Əsasən də hücuma çıxanda. Məncə, Azərbaycan millisinin ən təhlükəli oyunçusu Əfran İsmayılovdu. Riçard Almeyda da yaxşıdı, yaxşı ötürmələr verməyi bacarır.  
- Azərbaycan qrupda hansı yerə layiqdir?
 
- Dördüncü. 
- Çexiya millisi Azərbaycan üzərindəki qələbəyə görə mükafat alacaq? 
- Üç xala görə mükafat alacağıq. Qrupdan çıxmağa görə daha yaxşı mükafat olardı, amma üç xala görə verilən mükafat da normaldır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right