Fabreqas 13 il sonra etiraf edib, üzr istədi

2004-cü ildə “Mançester Yunayted”in “Arsenal”ı 2:0 hesabı ilə məğlub etdiyi matçdan sonra çıxan dava-dalaşda “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyusonun üzünə pizza dilimi çırpanın kimliyi illər sonra məlum olub.

Newsport.az-ın məlumatına görə, verlişlərin birində qonaq olan Sesk Fabreqas 13 ildən sonra etiraf edib.

O zamanlar “Arsenal”da çıxış edən ispaniyalı yarımmüdafiəçi 13 ildi qaranlıq qalan məsələyə belə aydınlıq gətirib:

“Bəli, pizzanı mən atmışam. Bir dilim pizza yeyirdim. Səs-küy eşitdim, Sol Kempell, Rio Ferdinand, Martin Keoun... hamı bir-birini itələyirdi. Nə edəcəyimi bilmədim və birdən pizzanı atdım. Amma pizza hədəf aldığım insana dəymədi. Freqyusondan üzr istəyirəm, həqiqətən onu vurmaq istəməmişdim”. 

Qeyd edək ki, 2003-cü ilin mayından 2004-cü ilin oktyabrına kimi 49 Premyer Liqa matçında heç kimə məğlub olmayan “Arsenal” həmin oyunda “Old Trafford”da “Mançester Yunayted”ə 0:2 hesabı ilə məğlub olmuşdu. 49 oyunluq məğlubiyyətsiz seriya İngiltərə çempionatları tarixində rekorddu. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right