“Qarabağ”ın rəqibi itki ilə üzləşdi

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” itki ilə üzləşib. 
 

Newsport.az-ın məlumatına görə, İtaliya klubunun üzvü Lorenso Pelleqrini sıradan çıxıb. 

Ötən həftə sonu “Milan”a qarşı oynayan gənc yarımmüdafiəçinin millinin düşərgəsinə qoşulduqdan sonra zədəli olduğu məlum olub.  

Bu səbəbdən də o, qarşıdakı 7-10 gün ərzində yaşıl meydandan kənarda qalacaq. 
Hələlik Pelleqrininin noyabrın 14-də “Napoli”yə qarşı oyuna qədər sıraya dönüb-dönməyəcəyi məlum deyil. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right