Yarolim: "Dünya çempionatına vəsiqə şansları itsə belə..."

DÇ-2018-in seçmə oyununda millimizlə qarşılaşcaq Çexiya artıq Bakıdadı.

Newsport.az-ın məlumatına görə, rəqib dünən axşam saatlarında paytaxtımıza çatıb.

Gələnlər arasında soyuqdəymədən əziyyət çəkən və hələ də sağalmayan Yakub Yankto da var. Baş məşqçi Karel Yarolim onun vəziyyəti ilə bağlı bunları bildirib: “Yakub soyuqdəymədən əziyyət çəkir. O, hələ də bizimlə məşq etməyib. Qarışdakı vaxtda biz  onun vəziyyətinin nə yerdə olduğuna baxacağıq”.

Çalışdırıcı sabahkı matç haqda da danışıb: "Hər dəfə futbolçulara xatırlatmağa çalışırıq ki, dünya çempionatına vəsiqə şansları itsə belə, oynamaq lazımdır. Bu, yoldaşlıq görüşü də ola bilər. Amma hər halda yoldaşlıq görüşləri də reytinq toplamaq baxımından vacibdir". 

Qeyd edək ki, Azərbaycan – Çexiya matçı sabah saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right