Çexiya millisinin futbolçusu: "Qarabağ"a vurduğum qol həyatımın unudulmaz anı idi"

DÇ-2018-in oyunları çərçivəsində Çexiyanın heyətində millimizə qarşı çıxış edəcək "Slavia" Praqanın futbolçusu Yan Sikora Azərbaycan futbolu ilə bağlı xatirəsini bölüşüb.

Newsport.az-ın Çexiya mətbuatına istinadən verdiyi məlumata görə, "Slovan" Liberec komandasının heyətində çıxış etdiyi dönəmdə, Avropa Liqasının qrup mərhələsinin görüşləri çərçivəsində "Dalğa Arena"da təmsilçimizə vurdğu erkən qolla rekorda imza atan 23 yaşlı yarımmüdafiəçi, həmin anın unudulmaz olduğunu bildirib: "Ötən mövsüm səfərdə "Qarabağ"a qarşı oynayırdım. Matç başlar-başlamaz erkən qol vurdum. Heç xəbərim yoxu idi, bilməzdim ki, "Qarabağ"a vurduğum qol yeni rekord kimi qeydə alınar. Sonradan UEFA-nın saytını açanda məlumatım oldu. Bu mənim həyatımın unudulmaz anı idi". 

Qeyd edək ki, Sikoranın komandamızın qapısından keçirdiyi top 10.69 saniyə ilə Avropa Liqasının ən erkən qolu kimi tarixə düşüb. Çempionlar Liqasındakı rekord isə Roy Makayın aktivindədi. 2006-2007-ci il mövsümündə "Real"ın qapısına 10.12-ci saniyədə yol tapan hollandiyalı bu göstəricidə hələlik birincidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right