Totti məşqçilik kursunu yarımçıq qoydu

İtaliya A Seriyasında mübarizə aparan “Roma”nın əfsanə futbolçusu Françesko Totti məşqçilik lisenziyası almaq üçün qeydiyyatdan keçdiyi kursu yarımçıq qoyub.

Newsport.az-ın məlumatına görə, İtaliya Məşqçilər Asosiasiyası bu barədə məlumat yayıb.

Bildirlir ki, Totti quruma bu dönəmdə kursa gedə bilməyəcəyini deyib və buna görə də, kursu yarımçıq qoyub. Tottinin yerinə kursa “Roma”nın digər bir əfsanəvi sabiq futbolçusu Simone Perrottanın gedəcəyi bildirilir.

Karyerasında 25 mövsüm ərzində sadəcə “Roma”nın şərəfini qoruyan və meydana çıxdığı 786 qarşılaşmda 307 qol vuran Totti mayın 28-də A Seriyada “Genoa”yla sonuncu turda oynanılan qarşılaşmasdan sonra peşəkar futbol karyerasını sonlandırmış və sentyabr ayında İtaliya Məşqçilər Asosiasiyasının təşkil etdiyi UEFA “B” kateqoriyalı məşqçi kursuna qeydiyyatdan keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right