Raşford: “Ronaldo kimi cərimə zərbəsi endirə bilərəm”

“Mançester Yunayted”in gənc futbolçusu Markus Raşford Kriştiano Romaldo kimi yaxşı cərimə zərbəsi endirə biləcəyini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, ingilis oyunçunun keçən il Avropa Liqasında “Selta”ya (Viqo) cərimə zərbəsindən vurduğu qol zamanı Kriştiano Romnaldonun istifadə etdiyi stildən istifadə edib-etmədiyi ilə bağlı verilən suala 20 yaşlı hücumçu belə cavab verib: 
“Əslində xeyr. Ronadonun istifadə etdiyi stillə mənim istifadə etdiyim stil bir-birinə bənzəyə bilər, lakin bəzi fərqlər var. Ama istəsəm, birbaşa Ronaldo kimi də cərimə zərbəsindən qol vura bilərəm”.

Raşford DÇ-2018-də uşaqlığının kumirləri olan Messi və Ronaldo ilə qarşılaşmaq üçün səbrsizləndiyini də deyib: “Neymar, Ronaldo, Messi və braziliyalı Ronaldo sizin bu günkü kimi bir futbolçu olmağınıza kömək edirlər. Onlara heyranam. Ümid edirəm ki, DÇ-2018-dəki çıxışımla daha yaxşı səviyyəyə yüksələrəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right