Azarkeşlər Pikeni məşqi yarımçıq qoymağa məcbur etdilər

Pike DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlara hazırlaşan İspaniya yığmasının heyətində keçirdiyi ilk məşq zamanı azarkeşlərin böyük təzyiqi ilə üzləşib.

Məşqi izləməyə gələn fanatlar tərəfindən fitə basılan “Barselona”lı təzyiq qarşısında cəmi 23 dəqiqə tab gətirə bilib. Müdafiəçi təhlükəsizlik xidməti işçilərinin köməyi ilə meydanı tərk edib.

Newsport.az-ın məlumatına görə, azarkeşlərin belə davranmasına səbəb Pikenin Kataloniyanın müstəqilliyi ilə bağlı referendum günü baş tutan La Liqanın 7-ci turunun “Las Palmas”la ev oyunundan sonra söylədiyi fikirlər olub. O həmin şəhərdə baş verənlərə münasibət bildirərkən göz yaşlarını saxlaya bilməmiş, lazım gələrsə İspaniya yığmasındakı karyerasına son qoya biləcəyini söyləmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right