"Mançester Yunayted" Özillə danışıqlara başlayacaq

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil klubunu dəyişə bilər.

Newsport.az-ın məlumatına görə, onunla növbəti qış fasiləsində “Mançester Yunayted” danışıqlara başlayacaq.

Bu haqda məlumatı Britaniya mətbuatı yayıb. “Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo Almaniya yığmasının üzvünü transfer edə biləcəklərinə inanır. Əgər tərəflər razılıq əldə edə bilsə, mövsüm sonunda müqaviləsi başa çatacaq 29 yaşlı yarımmüdafiəçi yayda mançesterlilərə qoşulacaq. İddialara görə Özil “Arsenal”da qalmağa maraqlı deyil. 

Qeyd edək ki, Məsut 2010-13-cü illər aralığında Mourinyonun rəhbərliyi altında “Real”da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right