"Çelsi"də Morata şoku: "Qarabağ"la matçı buraxa bilər

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi” itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, londonluların hücumçusu Alvaro Morata sıradan çıxıb.

İspaniya millisinin düşərgəsində olan forvardın dizində yırtıq aşkarlanıb. Bu səbəbdən onun adı milli komandanın heyətindən çıxarılıb. Moratanın 1-2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Belə olan halda o, “Qarabağ”la Bakıdakı matçı buraxa bilər. 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-də Bakı Olimpiya stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right