Azarkeşlər məğlubiyyətə dözmədilər Futbolçuları döydülər

Polşa liqasında səfərdə “Lex”ə 3-0 məğlub olan “Legiya” klubunun futbolçuları azarkeşlər tərəfindən döyülüb.

Newsport.az-ın məlumatına görə, məğlubiyyətlə barışmayan azarkeşlər klubun avtomobil dayanacağına yollanıblar.

Futbolçular avtobusdan enən kimi 50-dən çox azarkeş onlara hücum edib və idmançılar 10 dəqiqə ərzində döyülüblər.

Daha sonra futbolçulara bir daha belə oynayacaqları təqdirdə yenidən eyni addımı atacaqları barədə xəbərdarlıq da ediblər.

Baş verən hadisələrdən sonra bəzi futbolçuların klubdan ayrıla biləcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right