“Barselona” tətilə qoşuldu

“Barselona” klubu Kataloniyada müstəqilliklə bağlı referendumuna dəstək verməkdə davam edir.

Newsport.az-ın məlumatına görə, klub ümumi tətilə qoşulacaq.

Klubun rəsmi "Twitter" hesabında tətilə görə, ofislərin bağlanacağı və heç bir komanda, eləcə də gənclərdən ibarət kollektiv məşqə çıxmayacağı vurğulanıb.

Xatırladaq ki, “Barselona” rəhbərliyi ötən gün Kataloniyada referendum səsverməsi ilə əlaqədar  İspaniya Futbol Federasiyasından “Las Palmas”la matçın təxirə salınmasını istəyib. Ancaq Federasiyanın müsbət cavab ala bilməyib. Kataloniya klubu buna etiraz əlaməti olaraq matçın azarkeşsiz oynanılmasına qərar verib.

Qeyd edək ki, Kataloniya digər klubu “Jirona” da analoji addım ataraq tətilə qoşulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right