Simeone: "Qrizman olmayanda yaxşı oyanaya bilmərik"

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan İspaniyanın “Atletiko” (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone komandanın son dönəmdəki çıxışından danışıb.

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının 2-ci turunda öz evində “Çelsi”yə uduzan (1:2) və daha sonra La Liqanın 7-ci turunda “Leqanes”lə heç-heçə edən (0:0) Madrid təmsilçisinin çalışıdırıcısı komandaya xəbərdarlıq edib.

Argentinalı mütəxəssis Qrizman olmadan da komandanın qalib gəlməsinin lazım olduğunu deyib: “Qrizman möhtəşəm oyunçudu. Bizə meydanda çox kömək edir və hücumdakı problemləri həll edir. Lakin bizə pis bir vərdiş qazandırdı. O olmadan hücumda yaxşı oyanaya bilmirik. Daha yaxşı oynamaq istəyiriksə, bu problemi komanda olaraq həll etməliyik”.

Hücum mövqeyindəki məsuliyyətin yalnızca Qrizmana yüklənməsinin doğru olmadığını deyən Simeone: “Hücumdakı problemi komanda olaraq həll etməliyik. Bu məsuliyyəti yalnızca Qrizmanın üzərinə yükləməli deyilik. Hücumdakı digər komanda yoldaşları da ona daha yaxşı epizodlar qazanmaq üçün kömək etməlidilər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right