Qanalonnun meneceri: "Qarabağ"la matç çox çətin oldu"

"Qarabağ"la matç çox çətin oldu. "Roma" asan qələbə qazanmadı".

Newsport.az xəbər verir ki, bu sözləri "Roma"nın futbolçusu Maksim Qanalonnun meneceri Frederik Querra deyib.

Qanalonun agenti Çempionlar Liqasında sentyabrın 27-də Bakıda "Qarabağ" üzərində qazanılan 2:1 hesablı qələbəni də xatırlayıb. O bildirib ki, ilk 20 dəqiqədə oyunun asan keçəcəyi görünsə də, sonradan belə olmayıb: "İlk 20 dəqiqədə iki qol vurdular və düşündük ki, asan bir matç keçəcək. Lakin bir səhv komandanı pis vəziyyətədə saldı. Rəqibin qolundan sonra çətin oldu. Qanalon da oyunboyu səhvini düşündü".

Qeyd edək ki, “Roma” ÇL-də 2 turdan sonra qrupda 4 xalla 2-ci pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right