"Qarabağ"la oyunda bir səhv vəziyyəti tamamilə dəyişdi"

Frederik Querra meneceri olduğu "Roma"nın futbolçusu Maksim Qonalonun Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı matçdakı oyununu dəyərləndirib.

Newsport.az-ın İtaliya mətbuatına istinadən xəbərə verir ki, o, sözügedən görüşdəki oyununa görə tənqid olunan 28 yaşlı yarımmüdafiəçinin "Roma"da uyğunlaşma dönəmindən keçdiyini bildirib: “Qonalon hələ öz səviyyəsini tam göstərə bilməyib. Bu normaldir. Çünki o, komandaya uyğunlaşmalıdır. Qonalonun “Qarabağ”la matçda buraxdığı səhv istənilən futbolçunun başına gələ bilər. İlk 20 dəqiqədə oyunun asan keçəcəyi görünürdü, çünki “Roma” artıq 2:0 hesabı ilə önə keçmişdi. Ancaq bir səhv vəziyyəti tamamilə dəyişdi".

Ağdam klubunun 29-cu dəqiqədə vurduğu qol epizodunda kobud səhvə yol verən oyunçunun meneceri daha sonra bildirib: "O, topa hər toxunuşunda həmin səhvi düşünürdü. Bu da öz oyununu göstərməyə mane olurdu.  Qonalon bu səhvləri göz önünə alaraq “Roma”nı seçdi. Matçdan sonra yarım saat onunla danışdım və buraxdığı səhvin müzakirəsini apardıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right