Gürcü futbolçu məşq vaxtı öldü

Gürcüstanın “Zuqudidi” klubunun qapıçısı Şota Maminaşvili vəfat edib. 

Newsport.az-ın Gürcüstan mətbuatına istinadən yaydığı xəbərə görə, qapıçı “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib. Təcili xəstəxanaya aparılan Maminaşvilinin həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş faciəyə görə qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, Maminaşvili daha çox Batumi “Dinamo”sunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right