"Yalnız sağalmağa köklənmişəm" - Serxio Aquero

Hollandiyada yol qəzası keçirən ulduz futbolçu Serxio Aquero qəzayla bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, “Mançester Siti”nin hücumçusu qabırğasında qırıq olduğunu bildirib: “Taksi sürücüsü idarə etməni itirdi və maşın dirəyə çırpıldı. Çox ağrılar keçirdim. Hal-hazırda yalnız sağalmağa köklənmişəm”.

İngiltərə mətbuatının verdiyi məlumata görə, argentinalı oyunçunun durumu o qədər də ciddi deyil və forvard 2-4 həftə arası yaşıl meydanlardan kənarda qalacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right