"Qarabağ"ın futbolçusu İspaniya və İtaliya oyunlar üçün milliyə dəvət aldı

Albaniya milli komandasının baş məşqçisi Kristian Panuççi İspaniya və İtaliya yığmaları ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlayıb.

Newsport.az-ın məlumatına görə, qarşıdakı oyunlara 26 futbolçu dəvət edən  44 yaşlı mütəxəssisin siyahısında "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli də var.

Qeyd edək ki, İspaniya ilə matç oktyabrın 6-da səfərdə, İtaliya ilə görüş oktyabrın 9-da evdə olacaq.  

Əlavə edək ki, 8 turdan sonra Albaniya G qrupunda 13 xalla 3-cü pillədə qərarlaşıb. İspaniyanın 22, İtaliyanın 19 xalı var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right