İspaniyada gərginlik: “Barselona” – “Las Palmas” matçı təxirə salına bilər

İspaniya La Liqasının 7-ci turunda Bakı vaxtı ilə saat 18:15-də keçirilməsi nəzərdə tutulan “Barselona” – “Las Palmas” matçı təxirə salına bilər.

Newsport.az-ın məlumatına görə, bu gün Kataloniyada müstəqillik referendumu keçirildiyinə görə, “Barselona” rəhbərliyi qarşılaşmanın təxirə salınmasını tələb edib.

Buna baxmayaraq, “Barça” federasiyadan istədiyi cavabı ala bilməyib. “Las Palmas” isə üzərində İspaniya bayrağı olan forma ilə meydana çıxacaqlarını bildirib.

Bundan sonra klub rəhbərləri hadisələrin daha da böyüməməsi üçün iclas keçirmək qərarına gəliblər.
İctiami asayişin pozulmayacağı təqdirdə matç baş tutacağı qeyd edilir.

Məsələ ilə bağlı açıqlama verən idman naziri Jerar Fiqeras: “Əgər bu günkü referenduma əsasən Kataloniya müstəqillik əldə edərsə, “Barselona”nın İtaliya və ya İngiltərədə oynamaq ehtimalı böyükdür. UEFA-da bu vəziyyətdən xəbərdardı və bu layihəyə müsbət yanaşır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right