“Leytspiq”in hücumçusu “Barselona”nın hədəfində

İspaniya La Liqasında mübarizə aparan “Barselona” “Leytspiq”in hücumçusu Timo Verner ilə maraqlanır.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “katalonoyalılar” 21 yaşlı oyunçu üçün yay transfer dönəmində təklif göndərə bilər.

Hücumçu transfer etmək istəyən “Barselona” klubunun direktoru Fernandezin alman futbolçunun liqadakı və milli komndadakı çıxışını izləyib.

Vernerin “Barça”ya keçməyə müsbət yanaşa biləcəyi də qeyd edilir.

Xatırladaq ki, gənc forvard bu mövsüm “Leytspiq” forması ilə 9 oyuna 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right