Türkiyə millisinin heyəti açıqlandı

Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsində İslandiya və Finlandiyaya qarşı keçirəcəyi matçlar üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, "ay-ulduzlular"ın baş məşqçisi Mirça Luçesku 29 futbolçuya dəvət göndərib. 

Onların arasında Sabri Sarıoğlu və Volkan Şən də var. Sarıoğlu sonuncu dəfə 11 noyabr 2011-ci ildə "ay-ulduzlu" forma geyinib. Həmin gün Türkiyə millisi 2012-ci il Avropa çempionatının "pley-off" matçında Xorvatiyaya 0:3 hesabı ilə uduzub. Şən isə "Trabzonspor"un heyətində nadir hallarda forma şansı qazanır. O, iki matçlıq fasilədən sonra milliyə qayıdıb. 

Qapıçılar: Harun Tekin ("Bursaspor"), Serkan Kırıntılı ("Konyaspor"), Volkan Babacan ("Başakşəhər");

Müdafiəçilər: Kaan Ayhan ("Fortuna", Almaniya), Sabri Sarıoğlu ("Göztəpə"), Mehmet Topal ("Fənərbaxça"), Ömer Toprak ("Borussiya", Dortmund, Almaniya), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Serdar Aziz ("Qalatasaray"), Caner Erkin ("Beşiktaş"), İsmail Köybaşı ("Fənərbaxça");

Yarımmüdafiəçilər: Emre Belözoğlu ("Başakşəhər"), Nuri Şahin ("Borussiya", Dortmund, Almaniya), Selçuk İnan ("Qalatasaray"), Cengiz Ünder ("Roma", İtaliya), Emre Mor ("Selta", İspaniya), Oğuzhan Özyakup ("Beşiktaş"), Okay Yokuşlu ("Trabzonspor"), Yusuf Yazıcı ("Trabzonspor"), Hakan Çalhanoğlu ("Milan", İtaliya), Ozan Tufan ("Fənərbaxça"), Tolga Ciğerci ("Qalatasaray"), Yunus Mallı ("Volfsburq", Almaniya), Arda Turan ("Barselona", İspaniya), Volkan Şen ("Trabzonspor");

Hücumçular: Burak Yılmaz ("Trabzonspor"), Venk Tosun ("Beşiktaş"), Enes Ünal ("Vilyerreal", İspaniya), Mevlut Erdinç ("Başakşəhər").

Qeyd edək ki, Türkiyənin İslandiya ilə oyunu oktyabrın 6-dan, Finlandiya ilə matçı isə bundan 3 gün sonra keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right