“Tottenhem”in təlim bazasında bomba həyəcanı

İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem” klubunun təlim bazasında bomba tapılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə RT məlumat yayıb.

Məlumata əsasən, İkinci dünya müharibəsindən qalmış bomba səbəbindən bazada və eləcə də yaxınlıqdakı bir neçə özəl mülklərdəki insanlar təxliyyə olunub.

Mütəxəssislərin 1,5 saat davam edən araşdırmalarından sonra bombanın təhlükə daşımadığı müəyyənləşib. 

Daha sonra klubun əməkdaşlarına məşq bazasına qayıtmağa icazə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right