"Roma"nın futbolçusu sıradan çıxdı

İtaliya A Seriasında mübarizə aparan “Roma”nın hücumçusu Qreqorye Defrel sıradan çıxıb. 

Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasında “Qarabağ”la qarşılaşmada zədələnən fransalı futbolçunun durumuna aydınlıq gəlib.

Matçın 58-ci dəqiqəsində ayağından xəsarət alaraq Alessandro Florenzi ilə əvəzlənən 26 yaşlı futbolçunun zədəsi ciddi olmasa da, o, qarşıdakı oyunu buraxacaq. Belə ki, Defrel İtaliya A Seriasının VII turunda “Milan”la olacaq qarşılaşmada komandasına kömək edə bilməyəcək. Yalnız milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra futbolçu məşqlərə başlaya biləcək.

Qeyd edək ki, “Milan” – “Roma” matçı oktyabrın 1-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right