"Qarabağ" xal qazanmasa... - Azərbaycan üçün təhlükə

Dünən UEFA Avropa Liqasında 2-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, qeydə alınan nəticələrdən sonra Azərbaycanın mövqeyi dəyişilməz qalsa da, yerimiz ciddi təhlükədədi.

Hazırda 18.625 xalla 22-ci yerdə olan ölkəmizin bu mövqeyi əldən verməsi artıq zaman məsələsidi. Belə ki, AL-də uğurla çıxış edən İsveçin “Ostersund” komandası qarşıdakı 4 turdaən azı bir heç-heçə etsə ölkəmizi siyahıda qabaqlayacaq. Skandinavların hazırda aktivində 18.475 xal var.. Növbəti pillələrdə olan 18.125 xalla Şotlandiya və Bolqarıstan da ölkəmiz üçün qorxuludu.Təbii ki, adıçəkilən ölkələrin Azərbaycanı qabaqlamaması üçün “Qarabağ”ın Çempionlar Liqasındakı nəticələri vacibdi.

Ümumilikdə isə siyahıda qonşulaırmızla vəziyyət belədi:

21. Rumıniya – 19.450

22. AZƏRBAYCAN – 18.625

23. İsveç – 18.475

24. Şotlandiya – 18.125

25. Bolqarıstan – 18.1250 

Qeyd edək ki, təsnifat mərhələsində qələbəyə 0.250, heç-heçəyə 0.125, qrup mərhələsində isə qələbəyə 0.500, heç-heçəyə görə isə 0.250 xal verilir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right