Kim Çen In futbolçuya qadağa qoydu

Şimali Koreya lideri Kim Çen In ölkədən kənarda futbol oynayan yeganə şimali koreyalı Kvanq-Sonq Hanı hədələyib.

Newsport.az-ın məlumatına görə, İtaliyanın aşağı division təmsilçisi “Peruca”da çıxış edən 19 yaşlı futbolçuya telekanallarda çıxış etmək qadağası qoyulub.

Belə ki, “RAI 2” kanalı Kvanq-Sonq Hanı verilişə dəvət edib. Verilişin başlamasına 10 dəqiqə qalmış Şimali Koreyadan zəng gəlib və futbolçu efirə çıxmayıb.

Hadisə ilə bağlı danışan “Peruca” klubunun rəhbəri Massimilyano Santopadre bildirib ki, Kim Çen In futbolçunu hədələyib, efirə çıxacağı təqdirdə Şimali Koreyaya qayıdacağını deyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right