"Bavariya"da Ançelotti dönəmi rəsmən bitdi

"Bavariya" baş məşqçisi Karlo Ançelotti ilə yolları rəsmən ayırıb.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi italyan mütəxəssislə yola davam etməmək qərarı alıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Mövsümə gözlənildiyindən zəif başlayan Almaniya nəhənginin Çempionlar Liqasında PSJ-yə 0:3 hesabı ilə məğlub olması 58 yaşlı çalışdırıcının göndərilməsinə səbəb olub. Həftəsonu Bundesliqada "Herta" ilə oyuna "Bavariya"nı Ançelottinin köməkçisi Uilli Sanyol çıxaracaq.

Qeyd edək ki, Karlo Ançelotti 2016-cı ilin yayından "Bavariya"nı çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right