"Qəbələ"nin sabiq baş məşqçisi 3-cü divizionda

"Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlakın yeni iş yeri bəlli olub.

Newsport.az-ın məlumatına görə, o, Türkiyə 3-cü divizionunda çıxış edən "Kocaelispor”un baş məşqçisi təyin olunub. Klubun rəsmi saytı sabah 43 yaşlı məşqçi ilə müqavilə imzalanacağını açıqlayıb.

Qeyd edək ki, Fatih Kavlak "Qarabağ"da da çalışıb. O, 2009-2010-cu ildə Ağdam klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərib. 2011-2012-ci illərdə isə “Qəbələ”nin baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right